{"title":"TƏNƏFFÜS YOLLARININ TƏKRARLANAN İNFEKSİYALARI – BRONXİAL ASTMANIN TƏHRİKEDİCİ AMİLİ KİMİ","authors":"Panakhova T.T.","doi":"10.28942/jtcem.v4i1-2.194","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.194","url":null,"abstract":"Bronxial astma uşaqlarda çox geniş yayılmış xronik xəstəliklərdən biri sayılır . Bir çox illər ərzində respirator virus infeksiyası və BA-nın kəskinləşmələri arasında qarşılıqlı əlaqələrin öyrənilməsinə dair vətən və əcnəbi müəlliflərin hələ də artan marağı bu problemin aktual olmasını göstərir. Müasir pediatriyada «rekurrent respirator infeksiyalar» (RRİ) termini tətbiq edilir ki, bu, KRİ-nin təkrarepizodlarını ifadə edir . Onlardan ən həssas təbəqə xronik bronx-ağciyər patologiyası, o cümlədən BA olan uşaqlardır. Yüksək həssas və yüksək spesifik PZR metodunun tətbiq edilməsi sayəsində sübut edilmişdir ki, uşaqlarda BA-nın 80%-dən çox kəskinləşmələri KRİ ilə birgə rast gəlir. İstənilən respirator virus BA-nın kəskinləşməsinin triqqeri ola bilər. Lakin əsas virus-namizədlər bunlardır: RV,RSV, adenoviruslar, paraqrip virusları .Beləliklə, KRİ bir çox onilliklər ərzində məktəbəqədər yaşlı uşaqlarda BA-nin kəskinləşməsinin ən çox rast gəlinən triqqeri olaraq qalır. BA-nın kəskinləşməsi isə öz növbəsində KRİ-nin təkrar epizodlarının baş verməsinə zəmin yaradır.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"10 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"114364517","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"ATOPİK FORMA BRONXIAL ASTMALI UŞAQLARDA SİTOKİN GÖSTƏRİCİLƏRİ İLƏ D VİTAMİNİN GÖSTƏRİCİSİ ARASINDA QARŞILIQLI ƏLAQƏNİN XARAKTERİSTİKASI","authors":"","doi":"10.28942/jtcem.v4i1-2.184","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.184","url":null,"abstract":"Uşaqlarda bronxial astma zamanı yaranmış atopik iltihabın patogenetik mexanizminin öyrənilməsi və zəruri müalicə üsulunun seçilməsi bu günkü gündə aktualdır . Xəstəliyin patogenezinin heterogen xarakter daşıması isə özündə immunoloji və qeyri-immonoloji mexanizmlərin birləşdirilməsi kimi açıqlanılır. Belə ki, bronxial astma zamanı D vitamini ilə təminat adekvat immun cavabın formalaşması üçün çox vacibdir və xəstəliyin patogenezində mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan elmi işdən əldə olunan göstəricilərin korrelyasion analizinin nəticəsi olaraq belə interpritasiya etmək olar ki, D vitaminin qan zərdabında miqdarı allergiya və astmanın yayılma dərəcəsinin artması ilə düz korrelyasiya edir. Məhz bu da bronxial astmanın müalicəsinə fərdi yanaşılması klinikeffektivliyinin yaxşılaşması ilə yanaşı emissiya dövrünün uzanması ilə də qiymətləndirilir.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"35 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"116482141","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"MÜXTƏLİF KƏLLƏ FORMALI KİŞİ VƏ QADINLARDA ÜZ KANALININ BƏZİ MOFOMETRİK PARAMETRLƏRİ","authors":"Kerimzadə G.E., Movsumov N.T., Sultanova M.C.","doi":"10.28942/jtcem.v4i1-2.181","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.181","url":null,"abstract":"Tədqiqatın məqsədi braxio-, dolixo- və mezokran tipli kəlləyə malik kişi və qadınlarda üz kanalının labirint və məməyəbənzər seqmentlərinin uzunluğunu dəyərləndirmək olmuşdur.Tədqiqatın materialını Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin və Şüa diaqnostikası və terapiyası kafedrasının arxivindən götürülmüş 133 pasiyentin kəlləsinin kompüter tomoqramları(KT) təşkil edir. Bütün kəllələr kəllə indeksinə görə braxiokranlara (80,0 və yuxarı), dolixokranlara (74,9 və aşağı) və mezokranlara (75,0-79,9) bölünmüşdür. Üz kanalını üç hissəyə ayrılmışdır: labirint, timpanik və məməyəbənzər (və ya şaquli). Labirint seqmentinin uzunluğunu - üz kanalının girəcəyindən birinci dizciyin ortasına qədər olan məsafəni və məməyəbənzər və ya şaquli seqmentin uzunluğunu - ikinci dizciyin ortasından biz-məməyəbənzər dəliyə qədər olan məsafə ölçülmüşdür.Tədqiqatın nəticələri göstərdi ki, braxiokranlarda, həm sağda, həm də solda kişilərdə və qadınlarda labirint hissəsinin uzunluğunu müqayisə edərkən (kişilərdə sağda - 2,29 ± 0,05, solda - 2,30 ± 0,04; qadınlarda müvafiq olaraq - 2,45±0,04 və 2,42±0,03) əhəmiyyətli fərqlər meydana çıxır (sağda - 0,013, solda - 0,006). Bu göstəricilərin Student-Bonferroni metodu ilə təhlili də yuxarıda deyilənləri təsdiqlədi. Müxtəlif kəllə indeksləri olan hər üç kəllə qrupunu (sağda, 0,013; solda, 0,012) müqayisə edərkən qadınlarda da əhəmiyyətli fərqlər müşahidə edilmişdir. Beləliklə, qadın braxiokranlarda bu göstərici sağda - 2,45±0,04, solda - 2,42±0,03; dolikokranlarda müvafiq olaraq - 2,33±0,04 və 2,34±0,03; mezokranalarda müvafiq olaraq - 2,27±0,03 və 2,29±0,02 . Mann-Whitney metodundan istifadə edərək qrupları müqayisə edərkən, yalnız kişilərdə məməyəbənzər uzunluq sağda braxiokranlar (7,38±0,22) və dolikokranlar (8,08±0,22) arasında əhəmiyyətli fərqlər (0,036) müşahidə edilmişdir. Statistik analizin müxtəlif üsullarından istifadə edərək digər qrupların müqayisəsi etibarlı nəticələr veməmişdir.Yekun. Seqmentlərin uzunluğunun ölçülməsinə dair əldə edilən məlumatlar göstərdi ki, braxiokran qadınlarda labirint seqmentinin üz kanalının birinci dizciyinin ortasına qədər uzunluğu kişilərə nisbətən daha çoxdur. Üz kanalının ikinci dizcikdən biz-məməyəbənzər dəliyə qədər uzunluğu kişilərdə dolixokranlarda sağda kəllələrin digər formalarına nisbətən daha uzundur.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"4 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"115876670","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"ВНУТРИСТВОЛЬНОЕ СТРОЕНИЕ ВОЗВРАТНОГО ГОРТАННОГО И ГЛАЗНОГО НЕРВОВ","authors":"Абдуллаева Г.М., Мамедова A. ДЖ.","doi":"10.28942/jtcem.v4i1-2.186","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.186","url":null,"abstract":"Целью настоящего исследования является изучение внутриствольной структуры возвратного гортанного иглазного нервов.Материалом для исследования послужили поперечные срезы указанных нервов взятых от 10-ти труповлюдей зрелого возраста с обеих сторон. Нервы окрашивались пo методу Вейгерта- Паля и Крутсай.Возвратный гортанный нерв содержит выраженный соединительнотканный компонент co всеми eeсоставными элементами, а также волокнистые проводниковые структуры. На поперечном срезе глазнойнерв имеет уплощенную или овальную форму. Независимо от конфигурации нерва проводниковыеэлементы т.е. миелиновые волокна в процентном отношении преобладают над площадью занимаемойсоединительно-тканными элементами. Результаты исследования показали, что в зрелом возрасте в составевозвpaтного гортанного u глaзнoго нерва отмечается увеличение общего числа миелиновых волокон за счетувеличения количества крупных и очень крупных миелиновых нервных волокон.Заключение. Таким образом можно прийти к выводу, что миелинизация периферических нервов достигаетокончательных значений в зрелом возрасте.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"23 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"130239857","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"YENİYETMƏ OĞLANLARDA BƏZİ SEFALOMETRİK XƏTTİ VƏ BUCAQ GÖSTƏRİCİLƏRİ","authors":"Shadlinski V.B., Abdullayev A.S.","doi":"10.28942/jtcem.v4i1-2.176","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.176","url":null,"abstract":"Tədqiqatın məqsədi yeniyetmə oğlanlarda sefalometriya nəticəsində əldə edilmiş bəzi xətti və bucaq göstəricilərininöyrənilməsi olmuşdur. Tədqiqat materialı olaraq 8 yeniyetmə oğlanın yan sefalometrik rentgen şəkillərindən istifadə edilmişdir.Yəhər bucağı, oynaq bucağı, qonial bucaq, ön kəllə əsası uzunluğu, arxa kəllə əsası uzunluğu, üzün arxa və önhündürlüyü tədqiq olunmuşdur. 4 halda küt qonial bucaq üzün kiçik arxa hündürlüyü ilə birgə rast gəlinmişdir (50%).Ön kəllə əsası uzunluğu bütün hallarda norma daxilində olmuşdur. İti yəhər bucağı 3 halda (37.5%) üzün kiçik önhündürlüyü ilə və eyni göstərici 3 halda (37.5%) üzün kiçik arxa hündürlüyü ilə birgə müəyyən olunmuşdur. 4 haldaüzün kiçik arxa hündürlüyü və üzün kiçik ön hündürlüyü eyni zamanda rast gəlinmişdir.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"19 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"125808095","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"ÇƏNƏ SÜMÜYÜNÜN QURULUŞUNUN YAŞ XÜSUSİYYƏTLƏRİ","authors":"Rzayeva A.M.","doi":"10.28942/jtcem.v4i1-2.183","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.183","url":null,"abstract":"Tədqiqatın məqsədi çənə sümüyünün morfometrik müayinəsini aparmaq və dəqiq informativ əlamətlərini aşkarlamaq, bu əsasda çənə sümüyü vasitəsilə müxtəlif formalı üz kəlləsinə aid çənə sümüklərinin əlamətlərini və yaş dəyişkənliyinin dinamikasını öyrənməkdir.Tədqiqatda ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının sümük muzeyinin kolleksiyasından seçilən 22 ədəd çənə sümüyünün (döl, yenidoğulmuş, uşaq və yetgin insanlarda) ölçü aparılmışdır.Nəticələr göstərmişdir ki, Yenidoğulmuşlarda çənə şaxəsi qısa, enli və kvadratşəkillidir. Oynaq çıxıntısı demək olar ki, alveol kənar səviyyəsində yerləşir. Çənə başının forma və vəziyyəti fərdi baxımdan dəyişilir, gicgah-çənə oynağının fəaliyyətindən asılıdır. Çənənin oynaq çıxıntısının eninin artması dişlərin formalaşmasından çox kəllə əsasının böyüməsindən asılıdır. Hər iki çənə başının ən uzun ölçüsündən keçirilən xəttlər böyük ənsə dəliyinin önündə çarpazlaşaraq 120-1780 bucaq əmələ gətirir. Çənə sümüyünün çıxıntılar arasındakı məsafə döldə 12 mm., yenidoğulmuşlarda 16 mm, uşaqlarda 11-15 mm, yetkin insanlarda 19-30 mm-dir. Bu çıxıntıların arasında əmələ gələn çənə oymasının eni və dərinliyi də fərdi xüsusiyyətə malikdir. Eni çox hallarda 30-37 mm, dərinliyi 12-16 mm olur. Üzün yuxarı yarısı enli olan kəllələrdə çənə oyması daha enlidir. Oymadan çənə bucağına qədər məsafə döldə 15 mm, uşaqlarda22-24 mm, yetkin insanlarda 36-54 mm-dir.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"15 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"126473817","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"NORMADA İNSANIN QARACİYƏRDAXİLİ ÖD AXACAQLARININ LİMFOİD APARATININ XÜSİSİYYƏTLƏRİ","authors":"Aliyeva N.H., Shadlinskaya S.V.","doi":"10.28942/jtcem.v4i1-2.178","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.178","url":null,"abstract":"Tədqiqatın məqsədi normada insanın qaraciyərdaxili öd axacaqlarının limfoid aparatının xüsisiyyətlərini öyrənmək olmuşdur 16 insan meyitindən götürülmüş qaraciyərdaxili öd axacaqlarının limfoid törəmələrinin total preparatları T. Hellman metodu ilə tədqiq olunmuşdur. Limfoid strukturların mikroanatomiyası və mikrosintopiyası mikroskopik preparatlarda öyrənilmişdir. Mikroskopik preparatlar Van Gizon metodu ilə, hematoksilin-eozinlə, metilen abısı ilə boyadılmışdır. alınan qaraciyər preparatları üzərində qaraciyərdaxili öd axacaqlarının limfoid törəməıəri tədqiq edilmişdir. Tədqiqatın gedişində əldə olunan rəqəm göstəriciləri statistik işlənilmişdir.Həyata keçirilmiş struktur analiz göstərir ki, qaraciyərdaxili öd axacaqlarının divarlarında limfoid hüceyrələrin kompakt şəklində toplantısı - limfoid düyüncüklər, diffuz limfoid toxuma müəyyən olunur. Bu törəmələr əsasən axacaqların divarlarının selikli qişasında və selikaltı əsasında yerləşirlər. Limfoid törəmələrin hüceyrə tərkibi keyfiyyətcə eynidir və əsasən ümumilikdə bütün hüceyrələrin 70-85% ni təşkil edən kiçik ölçülü limfositlər və retikulyar hüceyrələr ilə təmsil olunur. Limfoid törəmələrdə həmçinin iri limfositlə, plazmositlərə, mitoz əlamətli hüceyrələrə rast gəlinir. Bəzi hallarda tosqun hüceyrələr də müəyyən olunur.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"48 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"121744706","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
Kazymova A.U., Polukhova Sh.M., Medzhidova U. M., Shadlinsky E.A., Abdulaeva R. M.
{"title":"QAN PLAZMASINDA LÜTEİNLƏŞDİRİCİ HORMONUN QATILIĞINA KALSİUM ANTAQONİSTLƏRİNİN TƏSİRİ","authors":"Kazymova A.U., Polukhova Sh.M., Medzhidova U. M., Shadlinsky E.A., Abdulaeva R. M.","doi":"10.28942/jtcem.v4i1-2.180","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.180","url":null,"abstract":"Tədqiqatın məqsədi kalsium antaqonistlərinin uzunmüddətli qəbulu fonunda qanda lüteinləşdirici hormonu səviyyəsində baş verən dəyişiklikləri öyrənməkdən ibarət olmuşdur.Tədqiqat hər cinsi yetişkənliyə çatmış 180-230 qram çəkili 82 baş dişi ağ siçovullar üzərində aparılmışdır. Eksperimendə heyvanlara kalsium antaqonistlərinin müvafiq nümayəndələri: verapamil 5, 25mq/kq (“İzoptin” Abbot Laboratories S.A., İtaliya), nifeddipin 5, 10 mq/kq (“Farmadipin” Farmak Ukrayna), diltiazem 5, 20 mq/kq (“Diltizem –L”, MNİS- İstanbul) istifadə edilmişdir. Qan plazmasında lüteinləşdirici hormon qatılığı immunoferment analiz metodu ilə “BioScreen MS-500” aparatında təyin edilmişdir. Bu məqsədlə qan efir narkozu verilmiş təcrübə heyvanlarının ürəyindən götürülmüşdür. lüteinləşdirici hormonun qandakı qatılığını təyin etmək üçün “Elisa kit LH” reaktiv dəstindən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, dişi siçovulların qanında lüteinləşdirici hormonun qatılığı dozadan asılı olaraq dəyişir. 25 mq/kq dozada verapamil və 20 mq/kq dozada diltiazem inyeksiya edilmiş heyvanların qan plazmasında lüteinləşdirici hormonun qatılığı kəskin azalmışdır. 10 mq/kq dozada nifedipinin inyeksiya edilmiş heyvanların qanplazmasında lüteinləşdirici hormonun qatılığı, verapamilin 5 mq/kq və diltiazemin 5 mq/kq dozaları inyeksiya edilmiş heyvanların qan plazmasında müvafiq hormon qatılığı ilə müqayisədə daha az enmişdir.Reproduktiv yaşda KA-nın istifadəsinin zəruri olduğu bir sıra patologiyaların farmakoterapiyasında müvafiq dərman qrupunun digər nümayəndələrilə müqayisədə nifedipinin 5 mq/kq və 10 mq/kq dozalarının istifadəsi daha məqsədə uyğun olduğunu söyləmək olar.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"114 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"123098829","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"BOYUN KƏLƏFİNİN ŞAXƏLƏRİNDƏN BOYUNUN KÖNDƏLƏN VƏ KÖRPÜCÜKÜSTÜ SİNİRLƏRİNİN FORMALAŞMASI, GEDİŞİ, ŞAXƏLƏNMƏ VARİANTLARI VƏ RABİTƏLƏRDƏN ASILI OLARAQ İNNERVASİYA ZONASININ XÜSUSİYYƏTLƏRİ","authors":"Gasimov Sh.I","doi":"10.28942/jtcem.v4i1-2.182","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.182","url":null,"abstract":"İşin məqsədi. Boyun kələfinin şaxələrindən boynun köndələn və körpücüküstü sinirlərininin formalaşması,gedişi,şaxələnməsi və rabitələrindən aıslı olaraq innervasiya xüsusiyyətlərinin öyrənilməsi.Material və metodlar.Təqdiqat ücün yaşından asılı olmaaraq hər iki cinsdən 2,0%-li formalın məhlullarında fiksə edilmiş 16 meyit preparatları üzərində V.P.Vorobyovun (təklif etdiyi makromikroskopik üsulu ilə işləmələr aparılmış,şəkilləri çəkilmiş və sxemlərdə verilmişdir.Nəticələr.Boynun köndələn və körpücüküstü sinirlərinin formalaşma ,gedişi,şaxələnmə və rabitələrinin variantlardan asılı olaraq innervasiya zonalarının xüsusiyyətləri öyrənildi.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"9 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"114973539","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"YOĞUN BAĞIRSAĞIN SİNİR KƏLƏFLƏRİ QANQLİONLARININ HÜCEYRƏ TƏRKİBİNİN XÜSUSİYYƏTLƏRİ","authors":"","doi":"10.28942/jtcem.v4i1-2.177","DOIUrl":"https://doi.org/10.28942/jtcem.v4i1-2.177","url":null,"abstract":"Tədqiqatın məqsədi normada insanın yoğun bağırsağın sinir kələflərinin qanqlionlarının hüceyrə tərkibinin xüsusiyyətlərini müəyyən etmək olmuşdur.Tədqiqatın materialını insanın bətnxarici inkişafın müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 23 meyitdən götürülmüş yoğun qalça-kor bağırsaq nahiyəsinin materialı təşkil etmişdir.Tədqiqatda mikroskopik preparatlar hematoksilineozinlə, metilen abısı ilə, Van Gizon metodları ilə boyadılmışdır.Bundan başqa tədqiqatda gümüş duzları ilə impreqnasiya (Ranvye-Qoyer və Bilşovski-Qross metodları), argirofil strukturların elektiv aşkarlanmasının universal impreqnasiya metodlarından istifadə edilmişdir.Tədqiqatın nəticəliləri göstərir ki, yoğun bağırsağın qanqlionları ətrafdakı toxumalardan aydın şəkildə ayrılmış və neyron cisimlərindən, qlial hüceyrə nüvələrindən və sıx neyropildən ibarət kompakt strukturlardır. Bunlar sıx şəkildə toplanmış aksonlar, dendritlər və qlial hüceyrələrlə əhatə olunmuş neyron cisimlərindən və az miqdarda hüceyrələrarası maddədən ibarətdir. Qanqlionlardakı hüceyrələrin dəqiq sərhədləri yoxdur, onların ətrafındakı boşluq zəif eozinofil neyropillə dolmuşdur. Bu qanqlionlarıda çoxlu sayda (60%-ə qədər) hissi II tip Dogel hüceyrələri müəyyən edilir.Onların əksəriyyəti çoxqütblüdür. II tip Dogel hüceyrələri ilə yanaşı, yerli qanqlionar toplantılar meydana gətirən, qalça-kor bağırsaq nahiyəsinin qanqlionlarında əhəmiyyətli sayda tip I Dogel hüceyrələri müəyyən edilmişdir. Alınmış məlumatlara görə yoğun bağırsağın həm əzələdaxili, həm də selikaltı kələflərin qanqlionlarında I tip Dogel hüceyrələrinin sayı düz bağırsağa doğru artır. Bəzi I tip Dogel hüceyrələri uzunsov formaya malik, mərkəzdə yerləşən nüvə və perikarionun bütün perimetri boyunca uzanan çoxsaylı qısa sitoplazmatik çıxıntıları olur. II tip Dogel hüceyrələrinin bipolyar forması üstünlük təşkil edir. Düz bağırsağın qanqlionlarında tək-tək psevdounibipolar II tip Dogel hüceyrələrinə rast gəlinir. Tərəfimizdən müəyyən edilmişdir ki, yoğun bağırsağın əzələ qişasında və selikaltı əsasında qan mikrodamarlarının divarına yaxın yerdə Qajal hüceyrələri təyin olunur.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"8 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"131108685","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}