Kazymova A.U., Polukhova Sh.M., Medzhidova U. M., Shadlinsky E.A., Abdulaeva R. M.
{"title":"QAN PLAZMASINDA LÜTEİNLƏŞDİRİCİ HORMONUN QATILIĞINA KALSİUM ANTAQONİSTLƏRİNİN TƏSİRİ","authors":"Kazymova A.U., Polukhova Sh.M., Medzhidova U. M., Shadlinsky E.A., Abdulaeva R. M.","doi":"10.28942/jtcem.v4i1-2.180","DOIUrl":null,"url":null,"abstract":"Tədqiqatın məqsədi kalsium antaqonistlərinin uzunmüddətli qəbulu fonunda qanda lüteinləşdirici hormonu səviyyəsində baş verən dəyişiklikləri öyrənməkdən ibarət olmuşdur.Tədqiqat hər cinsi yetişkənliyə çatmış 180-230 qram çəkili 82 baş dişi ağ siçovullar üzərində aparılmışdır. Eksperimendə heyvanlara kalsium antaqonistlərinin müvafiq nümayəndələri: verapamil 5, 25mq/kq (“İzoptin” Abbot Laboratories S.A., İtaliya), nifeddipin 5, 10 mq/kq (“Farmadipin” Farmak Ukrayna), diltiazem 5, 20 mq/kq (“Diltizem –L”, MNİS- İstanbul) istifadə edilmişdir. Qan plazmasında lüteinləşdirici hormon qatılığı immunoferment analiz metodu ilə “BioScreen MS-500” aparatında təyin edilmişdir. Bu məqsədlə qan efir narkozu verilmiş təcrübə heyvanlarının ürəyindən götürülmüşdür. lüteinləşdirici hormonun qandakı qatılığını təyin etmək üçün “Elisa kit LH” reaktiv dəstindən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, dişi siçovulların qanında lüteinləşdirici hormonun qatılığı dozadan asılı olaraq dəyişir. 25 mq/kq dozada verapamil və 20 mq/kq dozada diltiazem inyeksiya edilmiş heyvanların qan plazmasında lüteinləşdirici hormonun qatılığı kəskin azalmışdır. 10 mq/kq dozada nifedipinin inyeksiya edilmiş heyvanların qanplazmasında lüteinləşdirici hormonun qatılığı, verapamilin 5 mq/kq və diltiazemin 5 mq/kq dozaları inyeksiya edilmiş heyvanların qan plazmasında müvafiq hormon qatılığı ilə müqayisədə daha az enmişdir.Reproduktiv yaşda KA-nın istifadəsinin zəruri olduğu bir sıra patologiyaların farmakoterapiyasında müvafiq dərman qrupunun digər nümayəndələrilə müqayisədə nifedipinin 5 mq/kq və 10 mq/kq dozalarının istifadəsi daha məqsədə uyğun olduğunu söyləmək olar.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"114 1","pages":"0"},"PeriodicalIF":0.0000,"publicationDate":"2023-04-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":"0","resultStr":null,"platform":"Semanticscholar","paperid":null,"PeriodicalName":"Journal of Theoretical, Clinical and Experimental Morphology","FirstCategoryId":"1085","ListUrlMain":"https://doi.org/10.28942/jtcem.v4i1-2.180","RegionNum":0,"RegionCategory":null,"ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":null,"EPubDate":"","PubModel":"","JCR":"","JCRName":"","Score":null,"Total":0}
引用次数: 0
Abstract
Tədqiqatın məqsədi kalsium antaqonistlərinin uzunmüddətli qəbulu fonunda qanda lüteinləşdirici hormonu səviyyəsində baş verən dəyişiklikləri öyrənməkdən ibarət olmuşdur.Tədqiqat hər cinsi yetişkənliyə çatmış 180-230 qram çəkili 82 baş dişi ağ siçovullar üzərində aparılmışdır. Eksperimendə heyvanlara kalsium antaqonistlərinin müvafiq nümayəndələri: verapamil 5, 25mq/kq (“İzoptin” Abbot Laboratories S.A., İtaliya), nifeddipin 5, 10 mq/kq (“Farmadipin” Farmak Ukrayna), diltiazem 5, 20 mq/kq (“Diltizem –L”, MNİS- İstanbul) istifadə edilmişdir. Qan plazmasında lüteinləşdirici hormon qatılığı immunoferment analiz metodu ilə “BioScreen MS-500” aparatında təyin edilmişdir. Bu məqsədlə qan efir narkozu verilmiş təcrübə heyvanlarının ürəyindən götürülmüşdür. lüteinləşdirici hormonun qandakı qatılığını təyin etmək üçün “Elisa kit LH” reaktiv dəstindən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, dişi siçovulların qanında lüteinləşdirici hormonun qatılığı dozadan asılı olaraq dəyişir. 25 mq/kq dozada verapamil və 20 mq/kq dozada diltiazem inyeksiya edilmiş heyvanların qan plazmasında lüteinləşdirici hormonun qatılığı kəskin azalmışdır. 10 mq/kq dozada nifedipinin inyeksiya edilmiş heyvanların qanplazmasında lüteinləşdirici hormonun qatılığı, verapamilin 5 mq/kq və diltiazemin 5 mq/kq dozaları inyeksiya edilmiş heyvanların qan plazmasında müvafiq hormon qatılığı ilə müqayisədə daha az enmişdir.Reproduktiv yaşda KA-nın istifadəsinin zəruri olduğu bir sıra patologiyaların farmakoterapiyasında müvafiq dərman qrupunun digər nümayəndələrilə müqayisədə nifedipinin 5 mq/kq və 10 mq/kq dozalarının istifadəsi daha məqsədə uyğun olduğunu söyləmək olar.