{"title":"ELEKTRİK ENERJİ TƏCHİZATINDA YARANAN TEXNOLOJİ POZUNTULARIN İQTİSADİYYATA VURDUĞU ZƏRƏR","authors":"Tahir Cəfərov Tahir Cəfərov","doi":"10.36962/eneco11032022-48","DOIUrl":"https://doi.org/10.36962/eneco11032022-48","url":null,"abstract":"Məqalə, energetika sistemində elektrik enerjisi təchizatında yaranan fasilələrin və enerji keyfiyyətinin korlanması nəticəsində xalq təsərrüfatına dəyən zərərin araşdırılmasının hüquqi normativ sənədlərdə əks olunma səviyyəsi və vurulmuş zərərin hesablanma metodikasının tədqiqi məsələlərinə həsr olunmuşdur.\u0000Araşdırma nəticəsində belə bir qənaətə gəlinir ki, elektrik enerjisi təchizatında yaranan fasilələrin xalq təsərrüfatına, onun tərkib hissəsi kimi energetika sisteminə, cəmiyyətə və ekologiyaya vurduğu zərərin hüquqi cəhətdən və kəmiyyətcə qiymətləndirilməsində müəyyən boşluqlar var. Bu problemlərin həlli ilə əlaqədar, hüquqi normativ sənədlərdə bəzi qeyri müəyyənliyin olması, bu sahə nəzarət edəcək yeni yaradılmış icra orqanının səlahiyyət və vəzifələrində natamamlıq olduğu açıqlanır.\u0000Məqalədə göstərilir ki, enerji təchizatının etibarlığının kəmiyyət göstəricilərinin, xüsusən etibarlıq indeksi səviyyəsinin artırılması elektroenergetika sistemində qarşıya qoyulan əsas və vacib məsələlərdən biri olmalıdır. Elektroenergetikada elektrik enerjisi təchizatının etibarlığının artırılması üçün müvafiq texniki və təşkilati tədbirlərin həllinə müəyyən həcmdə investisiyalar tələb edilsə də, enerji təchizatında fasilələrin cəmiyyətə, xalq təsərrüfatına və ekologiyaya vurduğu ziyanla müqayisə oluna bilməz. Bu poblemin həlli ilə əlaqələr, energetike sistemində vacib olan investisiya yönümlü konkret tədbirlərin həyata keçirilməsi məqalədə öz əksini tapır.\u0000Elektrik enerjisi təchizatında yaranan fasilələrin və enerji keyfiyyətinin korlanması nəticəsində xalq təsərrüfatına dəyən zərərin araşdırılması məqalədə elmi analitik rakursda təqdim olunur.\u0000Açar sözlər: elektroenergetika, iqtisadi zərər, enerji təchizatında fasilələr, etibarlıq indeksi, statik dayanıqlıq.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"32 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-10-10","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"121536374","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"XƏZƏRİN KARBOHİDROGEN EHTİYYATLARININ AVROPA İTTİFAQI ÖLKƏLƏRİNİN TƏBİİ QAZ İSTEHLAKINA TƏSİRİ","authors":"Esma İsmayılova Esma İsmayılova","doi":"10.36962/eneco10022022-59","DOIUrl":"https://doi.org/10.36962/eneco10022022-59","url":null,"abstract":"Karbohidrogen ehtiyyatları ilə zəngin olan Xəzər dənizi regionu dünyanın ən qədim neft hasil edən regionlarından biri olmaqla, qlobal enerji istehsalının əsa mənbəyidir. Region həm Xəzər dənizində, həm də Xəzər hövzəsində əhəmiyyətli neft və təbii qaz ehtiyatlarına malikdir. Ənənəvi neft və qaz hasil edən Xəzər regionu sürətlə inkişaf edərək, beynəlxalq aləmin diqqətini daha çox cəlb etməkdədir. Bu baxımdan dünya ölkələri arasnda regional və beynəlxalq əməkdaşlığın inkişafı və ölkələrin milli iqtisadiyyatlarının dünya təsərrüfatına optimal inteqrasiyası Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir. Qloballaşma şəraitində Xəzəryanı ölkələr Avropa İttifaqı (Aİ) ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməklə, bu ölkələrin milli iqtisadiyyatlarının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etməkdədir. Bu inteqrasiya Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Xəzəryanı ölkələr üçün də Aİ ölkələrinin daha mütərəqqi idarəçilik təcrübələrindən isifadə etmək imkanlarını yaradır. Məqalədə Xəzəryanı ölkələrin karbohidrogen ehtiyyatlarının, Avropa İttifaqı ölkələrinin enerji təhküəsizlitinin təmin olunmasına təsir təhlil edilmişdir. Həmçinin, burada Avropa İttifaqı regionunun Xəzəryanı ölkələrlə xarici ticarət əməliyyatları, Avropa İttifaqı ölkələrinin təbii qaz istehlakı təhlil edilmişdir. Tədqiqat işində Avropa İttifaqı ölkələrinin təbii qaz istehlakının Rusiyadan asılılığı, Xəzəryanı ölkələrin Avropa İttifaqı ölkələrinin enerjii təhlükəsizliyinə təsiri Eviews-12 proqram paketində qiymətləndirilmişdir. \u0000Açar sözlər: karbohidrogen ehtiyyatları, enerji təhlükəsizliyi, model, adekvatlıq, proqnoz","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"21 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-07-20","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"132569564","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"ENERJİ İNFRASTRUKTURUNDA TEXNİKİ TƏNZİMLƏMƏNİN TƏŞKİLATİ-İQTİSADİ MEXANİZMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ","authors":"Nurlan Hacızadə Nurlan Hacızadə","doi":"10.36962/eneco10022022-35","DOIUrl":"https://doi.org/10.36962/eneco10022022-35","url":null,"abstract":"Bazar tənzimləməsinin müasir vasitələrindən biri olan texniki tənzimləmənin rolu getdikcə artır. Bu yeni institusional təsisat iqtisadiyyatın bütün sektorlarında xüsusi əhəmiyyətliyi ilə fərqlənir. Onun tətbiq sferalarından biri kimi də enerji infrastruktur kompleksi çıxış edir. Bu kompleks çərçivəsində texniki tənzimləmənin tətbiq dairəsinin genişləndirilməsi həm də tədqiqat baxımından aktuallıq kəsb edir. Bundan irəli gələrək, məqalədə enerji infrastrukturunda texniki tənzimləmənin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi məsələləri tədqiq olunur. Tədqiqat predmeti və obyektinin açılışı üçün məqalədə struktur kompozisiyada enerji infrastrukturunda texniki tənzimləmənin effektivliyi, onun sistem özəlikləri və bu istiqamətdə təkmilləşdirilmələri özündə ehtiva edən təkliflər paketi təqdim olunur. Tədqiqatın nəticələri sırasında Avropa Parlamentinin direktivləri əsasında Azərbaycanda neft-qaz və elektroenergetika sahəsində tətbiqi məqbul hesab edilən texniki reqlamentlər çevrəsinin müəyyən olunması və milli enerji infrastruktur kompleksində texniki tənzimləmə institutunun təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətində yaranacaq effektlərin və təminatların ümumkonseptual modelinin işlənməsi xüsusi ilə qeyd olunur. Açar sözlər: enerji infrastrukturu, texniki tənzimləmə, texniki reqlament, standart.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"1 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-07-20","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"129009580","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"AZƏRBAYCAN RESPUBLİKASINDA REGİONLARIN DAVAMLI SOSİAL-İQTİSADİ İNKİŞAFININ TƏHLİLİ VƏ PERSPEKTİVLƏRİ","authors":"Fazil Hacıyev Fazil Hacıyev","doi":"10.36962/eneco10022022-24","DOIUrl":"https://doi.org/10.36962/eneco10022022-24","url":null,"abstract":"Müasir şəraitdə regionların davamlı sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkənin iqtisadi təhlükəsizliyi, davamlı inkişafı və rəqabət qabilliyətinin artırılması regionların inkişafından çox asılıdır. Buna görə də regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, o cümlədən bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyat, beynəlxalq standartlara cavab verən sosial rifah, təbii resusrlardan səmərəli istifadəsi, innovasiyalı iqtisadiyyatın modernləşdirilməsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşmasına imkan verir, əlverişli mühitin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı” qəbul olundu. Hazırda bu proqrama əsasən regionlarda geniş miqyaslı tədbirlər həyata keçirilir. Bütün bunlar əsas götürülərək məqalədə Azərbaycan Respublikasının regionlarının davamlı sosial-iqtisadi inkişaf perspektivləri təhlil olunur.\u0000Açar sözlər: bazar iqtisadiyyatı, iqtisadi inkişaf, dövlət siyasəti, regionların inkişafı, rəqabət.\u0000JEL: O1, R1, R58; UOT: 330.34:332.1 (479.24)","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"87 2 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-07-20","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"123865433","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"BEYNƏLXALQ VALYUTA ARXİTEKTURASININ MÜASİR MƏRHƏLƏSİNDƏ MONETAR ƏMƏKDAŞLIĞIN XÜSUSİYYƏTLƏRİ VƏ PERSPEKTİVLƏRİ","authors":"Azər Həsənli Azər Həsənli","doi":"10.36962/eneco10022022-04","DOIUrl":"https://doi.org/10.36962/eneco10022022-04","url":null,"abstract":"Məqalədə beynəlxalq monetar əməkdaşlığın müasir səciyyəvi amilləri və perspektivləri təhlil edilmişdir. İlk olaraq müəllif makroiqtisadi siyasət koordinasiyasının fayda və çətinliklərini makroiqtisadi və qlobal aspektlərdən təhlil etmişdir. Daha sonra isə beynəlxalq monetar əməkdaşlığının başlıca konyunktur və iqtisadi siyasət amilləri təhlil edilmişdir.\u0000Müasir mərhələdə üzən məzənnə rejimlərinin dominantlığı, kapital axınlarının mobilliyi və qlobal maliyyə tsikllərinin təsir imkanlarının genişlənməsi dayanıqlı beynəlxalq monetar əməkdaşlıq üçün yeni imkanlar və məhdudiyyətlər doğurur. Bu proseslər diskret siyasət çərçivələrinin genişlənməsinə və beynəlxalq valyuta arxitekturasında daha geniş miqyaslı volatilliklərə yol açır. İqtisadi qloballaşmanın sərhədləri və milli dövlətlərin suverenliyi dilemması fonunda ölkələrə daha geniş suverenlik və siyasət manevri imkanları verən regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti sürətlə artır. Lakin bu təşəbbüslərin institutlaşma məhdudiyyətləri və milli dövlətlərin suverenlik sərhədlərinin qeyri-müəyyənliyi regional maliyyələşmə mexanizmlərinin qlobal likvidlik təminatı və beynəlxalq monetar əməkdaşlığın təmin edilməsindəki gələcək rolu ilə bağlı yeni çağırışlar doğurur.\u0000Açar sözlər: beynəlxalq valyuta arxitekturası, beynəlxalq monetar əməkdaşlıq, üzən məzənnə rejimləri, monetar suverenlik.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"16 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-07-20","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"121934412","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"THE ROLE AND İMPORTANCE OF BENCHMARKİNG İN İMPROVİNG ENERGY EFFİCİENCY","authors":"Elshan Hajizadeh Elshan Hajizadeh","doi":"10.36962/eneco10022022-52","DOIUrl":"https://doi.org/10.36962/eneco10022022-52","url":null,"abstract":"The relevance of the selected study is related to the increase in energy efficiency and the expansion of the use of benchmarking technologies in this area. Based on this, the article explores the principles and strategies of benchmarking, substantiates its role and importance in improving energy efficiency. It is shown that benchmarking is a powerful tool for business development with reference to technologies and advanced knowledge used by competitors. Taking into account the growing importance of energy efficiency in the Republic of Azerbaijan, the article also focuses on relevant research in this area. Based on this, the article points out that the application of benchmarking in various sectors of the national economy, especially in energy-intensive industries, can be achieved with greater efficiency. Its wide application will lay the foundation for a sustainable entry and strengthening of small and medium-sized companies in the global market. Along with this, there is a need to improve the national standardization system with the widespread use of benchmarking in the country. In all these approaches, the benchmarking process should also be considered as part of the overall quality management system.\u0000Keywords: benchmarking, energy efficiency, competition, business processes.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"142 4 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-07-20","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"129313548","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"АЛЬТЕРНАТИВНАЯ ЭНЕРГЕТИКА РЕСУРСОВ РОЛЬ В РАЗВИТИИ ЭКОНОМИКИ АЗЕРБАЙДЖАНА","authors":"Газанфар Сулейманов, Туркан Шейдаи Газанфар Сулейманов, Туркан Шейдаи","doi":"10.36962/eneco10022022-75","DOIUrl":"https://doi.org/10.36962/eneco10022022-75","url":null,"abstract":"Потребность человечества в энергии восходит к созданию человечества, когда они получили огонь миллионы лет назад и использовали его для жизни. Огонь - это источник тепла, света, защиты от врагов, источник исцеления и т. д. В этом смысле огонь всегда был священным для людей. По мере развития человеческого общества росли промышленность и сельское хозяйство, а также потребность в энергии. Одной из глобальных проблем, стоящих сегодня перед человечеством, является бесперебойное использование топливных ресурсов. Альтернативные источники энергии напротив, являются экологически чистыми и неисчерпаемыми.\u0000В режиме управления энергосистем в современном мире для повышения более эффективной работы используют информационные технологии, которые являются одним из важных задач в деятельности предприятий. Это можно достичь при повышении эффективности технического обслуживания и процессов промышленного производства за счет использования методов контроля и диагностирования в целом. Таким образом, ограниченные ресурсы углеводородов как традиционного источника энергии и предотвращение загрязнения окружающей среды делают необходимым увеличение количества энергии, производимой из альтернативных и возобновляемых источников энергии в мире. В этой области уже есть положительный опыт, и в некоторых странах использование солнечной, ветровой и других чистых и возобновляемых источников энергии расширяется с каждым годом. Постоянно растущий спрос на энергоресурсы, ограниченные углеводородные ресурсы и неуправляемые техногенные проблемы, связанные с производственным процессом, обусловили необходимость быстрого расширения использования альтернативных и возобновляемых источников энергии, одного из основных в мире источников устойчивого энергоснабжения.\u0000Ключевые слова: альтернативные источники, энергоресурсы, энергоснабжения, энергия.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"12 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-07-20","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"123955542","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
Arif Şəkərəliyev Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev Qoşqar Şəkərəliyev
{"title":"MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA LOGİSTİKA SİSTEMİNİN ROLUNUN ARTMASI","authors":"Arif Şəkərəliyev Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev Qoşqar Şəkərəliyev","doi":"10.36962/eneco09012022-04","DOIUrl":"https://doi.org/10.36962/eneco09012022-04","url":null,"abstract":"Müasir dövrdə milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü istehsal sahələrinin inkişaf etdirilməsi olduqca vacibdir. Hal-hazırda qarşıya qoyulan əsas vəzifələr sırasında ölkə iqtisadiyyatının inkişafının modelləşdirilməsi, sahələrin istehsal potensialından səmərəli istifadənin təmin olunması və ölkənin iqtisadiyyatının strukturunun diversifikasiyalaşdırılması daha çox əhəmiyyət kəsb edir.\u0000Bu məqsədlə perspektivdə ölkəmizdə mövcud iri istehsal müəssisələrinin modernizasiya edilməsi, yüksək texnologiyalar əsaslı istehsal sahələrinin yaradılması, neft və qaz kimi qiymətli xammal resurslarının emal şəbəkəsinin genişləndirilməsi məqsədilə nəhəng kimya müəssiələrinin tikilib istismara verilməsi gözlənilir. Ölkəmizdə qeyri-neft sektor sənayesi müəssisələrinin istehsal şəbəkəsinin genişləndirilməsi, müxtəlif çeşiddə kimya və neftkimya məhsullarının istehsal olunması ölkəmizdə əlavə dəyər yaratmaqla bərabər, kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verə bilər, biznesin inkişafına əlavə stimullar yaradar.\u0000Dünya ölkələrinin təcrübəsi göstərir ki, həmin problemlərin kompleks və sistemli şəkildə həll edilməsi üçün səmərəli logistika sistemlərinin təşkili müstəsna rol oynayır. Firma və şirkətlərin mürəkkəb fəaliyyət proseslərində optimal və səmərəli logistika sisteminin olması mühüm şərtdir. Belə ki, xammal və məhsulların nəqli, saxlanması və digər prosedurları da spesifik yanaşmalar tələb edir. Ona görə də logistika sistemi ölkədəki firma və şirkətlərin əsas xammallara və materiallara olan tələbatının planlı və optimal şəkildə baxılması, sifarişlərin hazırlanması və razılaşdırılması, xammal və hazır məhsul axınlarının hərəkətinin tənzimlənməsi, xammalların emal proseslərinin səmərəli təşkili, hazır məhsulların istehlakçılara və son ünvanlara çatdırılmasının təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.\u0000Açar sözlər: logistika sistemi, qeyri-neft sektoru, ixrac potensialı, logistikanın elementləri, logistikanın sahələri.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"1 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-04-01","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"130220903","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"ENERJİ SEKTORUNUN İNFRASTRUKTUR KOMPLEKSİNDƏ TEXNİKİ TƏNZİMLƏMƏNİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ","authors":"Nurlan Hacızadə Nurlan Hacızadə","doi":"10.36962/eneco09012022-82","DOIUrl":"https://doi.org/10.36962/eneco09012022-82","url":null,"abstract":"Məqalədə Azərbaycan Respublikasının enerji sektorunun infrastruktur kompleksində texniki tənzimləmənin mövcud tətbiq sferasının təhlili və təkmilləşdirilməsi məsələləri geniş tədqiq olunur. Araşdırma obyektinin aktuallığının və məzmununun analitik açılışı üçün enerji sektorunun infrastruktur kompleksində gedən inkişaf meyilləri təhlil olunur və bu sferada texniki tənzimləmə institutunun tətbiq effektivliyi əsaslandırılır. Aparılan təhlil və qiymətlədirmələr milli enerji sektorunun hər iki həlqəsi - “enerji resurslarının hasilatı və istehsalı” və “elektrik və istilik enerjisinin yaradılması, ötürülməsi və paylanması” sahələrini ayrı-ayrılıqda əhatə edir. İşin nəticəsi olaraq göstərilir ki, respublikada texniki tənzimləmənin tətbiqi üçün artıq ilkin şərtlər müəyyən edilmiş və müvafiq normativ-hüquqi baza formalaşdırılmışdır. İndiki məqamda isə texniki reqlamentlərin hazırlanmasını təmin edən mərhələyə keçid edilməli və beynəlxalq təcrübəyə uğun olaraq müvafiq istiqamətdə geniş institusional islahatlar aparılmalıdır. Bunun üçün isə yeni trend və çağırışlardan irəli gələrək, enerji sektorunun infrastruktur kompleksində və ümumən bütün digər sferaları da əhatə edən əlahiddə texniki tənzimləmə strategiyası işlənilməlidir.\u0000Açar sözlər: iqtisadi inkişaf, enerji sektoru, infrastruktur kompleksi, texniki tənzimləmə, effektivlik.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"9 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-04-01","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"129139805","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}
{"title":"QEYRİ-NEFT SEKTORUNUN İXRAC POTENSİALININ TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ","authors":"Zibeydə Şəkərəliyeva Zibeydə Şəkərəliyeva","doi":"10.36962/eneco09012022-13","DOIUrl":"https://doi.org/10.36962/eneco09012022-13","url":null,"abstract":"Azərbaycanda sənaye məhsullarının istehsalının genişləndirilməsi və istehsalın həcminin artırılması problemləri qalmaqdadır. Bu sahənin göstəriciləri ölkənin sənaye sektorunda olan mövcud potensialı ilə uyğun gəlmir. Belə ki, Respublikanın bir sıra ənənəvi ixrac potensiallı sənaye sahələrinin fəaliyyəti (kimya, metallurgiya və s.) öz imkanlarından əhəmiyyətli dərəcədə istifadə etmir. Azərbaycanın sənaye istehsalının sahə strukturunda payı 2%-dən çox olan cəmisi bir neçə qeyri-neft sektoru sahələri vardır (qida məhsullarının istehsalı və tikinti məmulatlarının istehsalı). Respublikanın qeyri-neft sektorunda, xüsusilə də sənaye sahələrində rəqabətqabiliyyətli və ixrac təyinatlı məhsulların çeşidin artırılması tədbirləri hazırkı səviyyədən əhəmiyyətli dərəcədə artıma doğru təmin olunmasa, ölkənin sənaye potensialının və qeyri-neft sektorunun ciddi artımına nail olmaq çətindir. Bu məqsədlə ayrı-ayrı qeyri neft sektoru sahələrinin ciddi potensiala malik ixrac yönümlü məhsulların istehsalının təşkili və xarici bazarlara çıxarılması məsələləri diqqətlə öyrənilməli, dünya təcrübəsinin tətbiqinə geniş yer verilməli, milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə alınmalı, ölkənin xarici ticarət konsepsiyasının daha işlək, səmərəli fəaliyyət mexanizmləri hazırlanmalı və həyata keçirilməlidir. Mövcud problemləri qismən aradan qaldırmaq məqsədilə, qeyri-neft sektorunun məhsuldarlığının artırılması üçün mövcud təbii resurslardan, sənaye və kənd təsərrüfatı potensialından daha səmərəli istifadə təmin edilməlidir.\u0000Açar sözlər: ixrac potensialı, ixrac potensialının tənzimlənməsi, qeyri-neft sektorunun prioritetləri, ixracın təkmilləşdirilməsi.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"17 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-04-01","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"127744808","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}