{"title":"DAXİLİ MONOLOQ VƏ ONUN BƏDİİ ƏDƏBİYYATDA TƏSVİRİ","authors":"Sevinc Yaşar qızı Məmmədova","doi":"10.36719/2022/01/02","DOIUrl":"https://doi.org/10.36719/2022/01/02","url":null,"abstract":"Bədii ədəbiyyatda olduqca önəmli bir məqam var ki, sözü gedən məqam əsnasında müəllif, bütün gücünü, istifadə olunan psixologizmin ən bariz nümunəsini məhz o məqamda ortaya qoyur. Bu məqam daxili monoloqlardır. Daxili monoloqlar, oxucunun əsərin qəhrəmanının daxili dünyası ilə, dolayısı ilə oxucunun əsərin qəhrəmanı ilə ən yaxın tanışlığıdır. Personajın oxucu ilə tanışlığa hazır olması üçün müəllif, ən uyğun, ən həssas məqamı gözləyir. Əgər bu tanışlıq biraz erkən və ya gecikmiş olarsa, o zaman əsərin bədii gözəlliyinə xələl gəlmiş olar. Bütün bunlardan aydın olduğu kimi daxili monoloqların verilməsi bütöv əsərin sujet xəttinin qurulmasından daha önəmlidir. Çünki daxili monoloqlar zamanı oxucu personajın daxilən rəzil, xəbis, paxıl və bu kimi xoşagəlməz insani keyfiyyətlər bildirən formalarda olduğuna şahid olsa, personaj heç vaxt oxucunun qəhrəmanına çevrilə bilməz. Bu səbəbdən müəllif daxili monoloqların qurulması zamanı bir neçə bədii prinsipləri əlində rəhbər tutur. Bura daxili monoloqlarda personajın fikrinin aydınlığı, dəqiqliyi, lakonikliyi və ən əsası müvafiq leksik vahidlərdən istifadə daxildir.","PeriodicalId":196234,"journal":{"name":"Collection of theses SCIENTIFIC RESOURCES Volume: 1 Issue: 2","volume":"48 1","pages":"0"},"PeriodicalIF":0.0,"publicationDate":"2022-08-02","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":null,"resultStr":null,"platform":"Semanticscholar","paperid":"123005117","PeriodicalName":null,"FirstCategoryId":null,"ListUrlMain":null,"RegionNum":0,"RegionCategory":"","ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":"","EPubDate":null,"PubModel":null,"JCR":null,"JCRName":null,"Score":null,"Total":0}