{"title":"TƏBABƏT VƏ ONUN ETİKASI PROBLEMLƏRİNİN ORTA ƏSR ELM MƏNBƏLƏRİNDƏ ARAŞDIRILMASI","authors":"Bandaliyeva A.A.","doi":"10.28942/jtcem.v3i1-2.170","DOIUrl":null,"url":null,"abstract":"Tədqiqatın məqsədi əsrlər boyu insan sağlamlığının qorunmasına xidmət edən təbabətə dair nəzəri-təcrübi məsələlərin və onun inkişafında daim mühüm rol oynayan etika problemlərinin ilkin yaranma və formalaşmasının orta əsr mənbələrində araşdırma aparmaqla öyrənmək olmuşdur.Material və metodlar. Şərqin, o cümlədən Azərbaycanın orta əsr alim və həkimlərinin təbabət, dərmanşünaslıq, etikaya dair əlyazmaları ilə, həmçinin müxtəlif dillərdə çap edilmiş ayrı-ayrı əsərlər tədqiq edilmişdir. Təsadüfi deyildir ki, hələ bir neçə əsr bundan əvvəl yaşamış alim və mütəfəkkirlər tibb və biologiya elmlərində etika və əxlaqməsələlərinə böyük diqqət yetirmişlər.Nəticələr. Orta əsr elm mənbələrində bir çox nümunələrin ətraflı təhlil edilməsi belə nəticəyə gəlməyə əsas verir ki, həmin dövrün təbabət alimlər fiziologiya, anatomiya, kimya, əczaçılıq kimi sahələrdə çoxlu sayda nəzəri və eksperimental təcrübələr aparmaqla, böyük elmi nailiyyətlər əldə etmişlər ki, bunlar da müxtəlif xəstəliklərin düzgün diaqnostikası, profilaktikası və müalicəsində böyük rol oynamışdır. Bu nailiyyətlərin cəmiyyətdə tətbiq edilməsi zamanı bir çox etik prinsiplərin - insan ləyaqətinə hörmət edilməsi, təbiətə və cəmiyyətə qarşı münasibətdə humanistliyin, mərhəmətliliyin qorunması, xeyirxah olmaq, ziyan verməmək, ədalətli olmaq, ətraf mühiti qorumaq kimi mühüm dəyərlərin qorunması da insan sağlamlığına mühüm təsir göstərən amil olmuşdur.","PeriodicalId":306999,"journal":{"name":"Journal of Theoretical, Clinical and Experimental Morphology","volume":"24 7","pages":"0"},"PeriodicalIF":0.0000,"publicationDate":"2021-11-08","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":"0","resultStr":null,"platform":"Semanticscholar","paperid":null,"PeriodicalName":"Journal of Theoretical, Clinical and Experimental Morphology","FirstCategoryId":"1085","ListUrlMain":"https://doi.org/10.28942/jtcem.v3i1-2.170","RegionNum":0,"RegionCategory":null,"ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":null,"EPubDate":"","PubModel":"","JCR":"","JCRName":"","Score":null,"Total":0}
引用次数: 0
Abstract
Tədqiqatın məqsədi əsrlər boyu insan sağlamlığının qorunmasına xidmət edən təbabətə dair nəzəri-təcrübi məsələlərin və onun inkişafında daim mühüm rol oynayan etika problemlərinin ilkin yaranma və formalaşmasının orta əsr mənbələrində araşdırma aparmaqla öyrənmək olmuşdur.Material və metodlar. Şərqin, o cümlədən Azərbaycanın orta əsr alim və həkimlərinin təbabət, dərmanşünaslıq, etikaya dair əlyazmaları ilə, həmçinin müxtəlif dillərdə çap edilmiş ayrı-ayrı əsərlər tədqiq edilmişdir. Təsadüfi deyildir ki, hələ bir neçə əsr bundan əvvəl yaşamış alim və mütəfəkkirlər tibb və biologiya elmlərində etika və əxlaqməsələlərinə böyük diqqət yetirmişlər.Nəticələr. Orta əsr elm mənbələrində bir çox nümunələrin ətraflı təhlil edilməsi belə nəticəyə gəlməyə əsas verir ki, həmin dövrün təbabət alimlər fiziologiya, anatomiya, kimya, əczaçılıq kimi sahələrdə çoxlu sayda nəzəri və eksperimental təcrübələr aparmaqla, böyük elmi nailiyyətlər əldə etmişlər ki, bunlar da müxtəlif xəstəliklərin düzgün diaqnostikası, profilaktikası və müalicəsində böyük rol oynamışdır. Bu nailiyyətlərin cəmiyyətdə tətbiq edilməsi zamanı bir çox etik prinsiplərin - insan ləyaqətinə hörmət edilməsi, təbiətə və cəmiyyətə qarşı münasibətdə humanistliyin, mərhəmətliliyin qorunması, xeyirxah olmaq, ziyan verməmək, ədalətli olmaq, ətraf mühiti qorumaq kimi mühüm dəyərlərin qorunması da insan sağlamlığına mühüm təsir göstərən amil olmuşdur.