{"title":"Electronmicroscopic features of structural elements in the brain menings of white rats","authors":"E. Qasimov, S. Hüseynova","doi":"10.28942/NNJ.V2I14.259","DOIUrl":null,"url":null,"abstract":"Məqsəd ağ siçovulun baş beyin qişalarının hüceyrəvi və fibrilyar strukturlarının elektron mikroskopik quruluş xüsusiyyətlərininöyrənilməsidir. Əsas diqqət baş beyin qişaları səviyyəsində bioloji baryer rolunu oynayan hörümçəktorunabənzər qişanınhüceyrəvi sədd qatının (HQHSQ) və sərt qişanın hüdudi hüceyrəvi qatı (SQHHQ) adı ilə təsvir olunan hissələrinin təşkilində iştirakedən hüceyrələrin mənşəyini müəyyənləşdirməkdir. Ağ siçovulun baş beyin qişaları ilə birlikdə götürülmüş beyin qabığınıntikələridən elektron mikroskopiyada qəbul olunmuş protokollar üzrə AralditEpon blokları, onlardan isə Leica EM UC7 ultratomunda(Almaniya) ultranazik kəsiklər alıb rəngləndikdən sonra elektron mikroskopunda (JEM1400 – Yaponiya) baxılaraq şəkilləriçəkilmişdir. Sərt qişanın tərkibində ultrastruktur olaraq ancaq adi birləşdirici toxumaya aid hüceyrəvi və fibrilyar strukturlaraşkar edilmişdir. Əldə olunan məlumatlar göstərir ki, leptomeninksin (hörümçəktorunabənzər və yumşaq qişalar birlikdə)hüceyrəvi elementlərinin mərkəzi hissələrində nüvə və nüvəciklərdə heteroxromatinin kondensasiya dərəcəsinin və periferikhissələrində isə sitoskelet elementlərinin üstünlük təşkil etmələri nəticəsində hüceyrələrin tündləşmə əlamətlərinin SQHHQ kimitəsvir olunan hissəyə doğru getdikcə artdığı elektronoqrammalarda aydın görünür. Bununla birlikdə öz ultrastruktur quruluşxüsusiyyətlərinə görə SQHHQ kimi təsvir olunan hüceyrələrin HQHSQ birinci sırasında yerləşən leptomeningeal hüceyrələrlə 20nmdən az məsafədə təmasda olmaları, kommunikasion, desmosomal, ələlxüsus, araxnoidal səddin morfoloji göstəricisi olan sıxəlaqələrlə (tight junctions) birləşməsi onların da sədd qatının tərkib hissəsi olduğunu göstərir. İlk qatından başlayaraq sitoskeletelementlərinin kəskin sıxlaşması, nüvənin təşkilində iştirak edən xromatin strukturlarının kondensasiyası, səthi qat hüceyrələrindənüvənin ümumiyyətlə aşkar olunmaması, orqanellərdən cəmi təktək ribosomların və daraqları destruksiya vəziyyətində olanmitoxondrilərin olması epitelial quruluşa malik HQHSQda gedən buynuzlaşma prosesinin əlaməti kimi qəbul edilməlidir.","PeriodicalId":18831,"journal":{"name":"NATIONAL JOURNAL OF NEUROLOGY","volume":"33 4 1","pages":""},"PeriodicalIF":0.0000,"publicationDate":"2019-03-10","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":"0","resultStr":null,"platform":"Semanticscholar","paperid":null,"PeriodicalName":"NATIONAL JOURNAL OF NEUROLOGY","FirstCategoryId":"1085","ListUrlMain":"https://doi.org/10.28942/NNJ.V2I14.259","RegionNum":0,"RegionCategory":null,"ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":null,"EPubDate":"","PubModel":"","JCR":"","JCRName":"","Score":null,"Total":0}
引用次数: 0
Abstract
Məqsəd ağ siçovulun baş beyin qişalarının hüceyrəvi və fibrilyar strukturlarının elektron mikroskopik quruluş xüsusiyyətlərininöyrənilməsidir. Əsas diqqət baş beyin qişaları səviyyəsində bioloji baryer rolunu oynayan hörümçəktorunabənzər qişanınhüceyrəvi sədd qatının (HQHSQ) və sərt qişanın hüdudi hüceyrəvi qatı (SQHHQ) adı ilə təsvir olunan hissələrinin təşkilində iştirakedən hüceyrələrin mənşəyini müəyyənləşdirməkdir. Ağ siçovulun baş beyin qişaları ilə birlikdə götürülmüş beyin qabığınıntikələridən elektron mikroskopiyada qəbul olunmuş protokollar üzrə AralditEpon blokları, onlardan isə Leica EM UC7 ultratomunda(Almaniya) ultranazik kəsiklər alıb rəngləndikdən sonra elektron mikroskopunda (JEM1400 – Yaponiya) baxılaraq şəkilləriçəkilmişdir. Sərt qişanın tərkibində ultrastruktur olaraq ancaq adi birləşdirici toxumaya aid hüceyrəvi və fibrilyar strukturlaraşkar edilmişdir. Əldə olunan məlumatlar göstərir ki, leptomeninksin (hörümçəktorunabənzər və yumşaq qişalar birlikdə)hüceyrəvi elementlərinin mərkəzi hissələrində nüvə və nüvəciklərdə heteroxromatinin kondensasiya dərəcəsinin və periferikhissələrində isə sitoskelet elementlərinin üstünlük təşkil etmələri nəticəsində hüceyrələrin tündləşmə əlamətlərinin SQHHQ kimitəsvir olunan hissəyə doğru getdikcə artdığı elektronoqrammalarda aydın görünür. Bununla birlikdə öz ultrastruktur quruluşxüsusiyyətlərinə görə SQHHQ kimi təsvir olunan hüceyrələrin HQHSQ birinci sırasında yerləşən leptomeningeal hüceyrələrlə 20nmdən az məsafədə təmasda olmaları, kommunikasion, desmosomal, ələlxüsus, araxnoidal səddin morfoloji göstəricisi olan sıxəlaqələrlə (tight junctions) birləşməsi onların da sədd qatının tərkib hissəsi olduğunu göstərir. İlk qatından başlayaraq sitoskeletelementlərinin kəskin sıxlaşması, nüvənin təşkilində iştirak edən xromatin strukturlarının kondensasiyası, səthi qat hüceyrələrindənüvənin ümumiyyətlə aşkar olunmaması, orqanellərdən cəmi təktək ribosomların və daraqları destruksiya vəziyyətində olanmitoxondrilərin olması epitelial quruluşa malik HQHSQda gedən buynuzlaşma prosesinin əlaməti kimi qəbul edilməlidir.