{"title":"KRİPTOVALYUTALARIN MÜASİR DÜNYA İQTİSADİYYATINDA YERİ, ONLARIN İNKİŞAF YOLU, VOLATİLLİYİ VƏ MÖHKƏMLƏNMƏSİ","authors":"Sultan Niftəliyev Sultan Niftəliyev","doi":"10.36962/eneco09012022-52","DOIUrl":null,"url":null,"abstract":"Kriptovalyuta, məlumatları şifrələmək üçün riyazi tənliklərdən istifadə edilən rəqəmsal bir valyuta formasıdır. Bu tip valyutalar son 5 il ərzində dünya miqyasında əhəmmiyyətli dərəcədə populyarlaşmağa başlamışdır. Son dövrlərdə artıq kriptovalyutalardan ödəniş üsulu və mübadilə vasitəsi kimi istifadə olunmağa başlamansı kriptovalyutaların daha geniş şəkildə yayılmasına gətirib çıxarmış və bunun nəticəsində insanların kriptovalyutalara marağının artmasına səbəb olmuşdur. Valyuta əsrlər boyu cəmiyyətin bir hissəsi olmuş, texnologiyanın inkişaf etməsi ilə bərabər öz inkişaf yolunu həyata keçirmişdir. Texnoloji yeniliklərin cərəyan etdiyi bir dövrdə pul anlayışı getdikcə daha da rəqəmsallaşmağa başlamışdır. Keçən əsrin ortalarında insanlar və dövlətlər kağız əskinasları və sikkələr kimi fiziki varlığı olan valyuta vasitələrindən istifadə etmələrinə baxmayaraq, modern dünyada artıq bu tendensiya Debit və Kredit kartlardan istifadə ilə əvəzlənmiş və hər keçən gün daha da rəqəmsallaşmağa başlamışdır. Cəmiyyətlərin 21-ci əsrdə maddi varlığı olan bir valyuta vasitəsindən qeyri-maddi varlığı olan valyuta növünə keçməsi sürətlə yayılmağa başlamışdır. Artıq plastik kartların daha əlçatan olması, ənənəvi valyutaların itirilmə və zərərgörmə və.s bədbəxt hadisələrə qarşı daha davamsız olmağı bütövlüklə rəqəmsallaşmaya gətirib çıxarmışdır. Aktiv sinifləri arasında Bitcoin kriptovalyutasının digər aktiv siniflərinə nisbətdə daha volatil olması bütün valyuta istifadəçiləri tərəfindən anlaşılmaqdadır. Bu kripovalyuta növünün özünə məxsus dəyişkən qiymət tarixçəsi mövcuddur ki, bu volatilliyin araşdırılması özlüyündə böyük əhəmiyyət kəsb edir. Bitcoin kriptovalyutasının 2009-cu ildən sonra ilk gözəçarpan qiymət artımı 2010-cu ildə baş vermişdir ki, bu zaman onun bir qəpiyə bərəbər olan dəyəri artıq 0.09 ABŞ dolları səddini test etmişdir. Kriptovalyutaların iqtisadi subyektlər üçün əlçatan olduqdan sonra bir neçə dəfə qiymət yüksəlişi və çoküşü baş vermişdir.","PeriodicalId":178754,"journal":{"name":"ENECO-Proceeding of Energy Economic Research Center","volume":"78 1","pages":"0"},"PeriodicalIF":0.0000,"publicationDate":"2022-04-01","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":"0","resultStr":null,"platform":"Semanticscholar","paperid":null,"PeriodicalName":"ENECO-Proceeding of Energy Economic Research Center","FirstCategoryId":"1085","ListUrlMain":"https://doi.org/10.36962/eneco09012022-52","RegionNum":0,"RegionCategory":null,"ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":null,"EPubDate":"","PubModel":"","JCR":"","JCRName":"","Score":null,"Total":0}
引用次数: 0
Abstract
Kriptovalyuta, məlumatları şifrələmək üçün riyazi tənliklərdən istifadə edilən rəqəmsal bir valyuta formasıdır. Bu tip valyutalar son 5 il ərzində dünya miqyasında əhəmmiyyətli dərəcədə populyarlaşmağa başlamışdır. Son dövrlərdə artıq kriptovalyutalardan ödəniş üsulu və mübadilə vasitəsi kimi istifadə olunmağa başlamansı kriptovalyutaların daha geniş şəkildə yayılmasına gətirib çıxarmış və bunun nəticəsində insanların kriptovalyutalara marağının artmasına səbəb olmuşdur. Valyuta əsrlər boyu cəmiyyətin bir hissəsi olmuş, texnologiyanın inkişaf etməsi ilə bərabər öz inkişaf yolunu həyata keçirmişdir. Texnoloji yeniliklərin cərəyan etdiyi bir dövrdə pul anlayışı getdikcə daha da rəqəmsallaşmağa başlamışdır. Keçən əsrin ortalarında insanlar və dövlətlər kağız əskinasları və sikkələr kimi fiziki varlığı olan valyuta vasitələrindən istifadə etmələrinə baxmayaraq, modern dünyada artıq bu tendensiya Debit və Kredit kartlardan istifadə ilə əvəzlənmiş və hər keçən gün daha da rəqəmsallaşmağa başlamışdır. Cəmiyyətlərin 21-ci əsrdə maddi varlığı olan bir valyuta vasitəsindən qeyri-maddi varlığı olan valyuta növünə keçməsi sürətlə yayılmağa başlamışdır. Artıq plastik kartların daha əlçatan olması, ənənəvi valyutaların itirilmə və zərərgörmə və.s bədbəxt hadisələrə qarşı daha davamsız olmağı bütövlüklə rəqəmsallaşmaya gətirib çıxarmışdır. Aktiv sinifləri arasında Bitcoin kriptovalyutasının digər aktiv siniflərinə nisbətdə daha volatil olması bütün valyuta istifadəçiləri tərəfindən anlaşılmaqdadır. Bu kripovalyuta növünün özünə məxsus dəyişkən qiymət tarixçəsi mövcuddur ki, bu volatilliyin araşdırılması özlüyündə böyük əhəmiyyət kəsb edir. Bitcoin kriptovalyutasının 2009-cu ildən sonra ilk gözəçarpan qiymət artımı 2010-cu ildə baş vermişdir ki, bu zaman onun bir qəpiyə bərəbər olan dəyəri artıq 0.09 ABŞ dolları səddini test etmişdir. Kriptovalyutaların iqtisadi subyektlər üçün əlçatan olduqdan sonra bir neçə dəfə qiymət yüksəlişi və çoküşü baş vermişdir.